Paytaxtda havaların qeyri-sabit və küləkli keçməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin digər qurumları kimi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar. SİA xəbər verir ki, geçə saatlarında şiddətli külək nəticəsində sınmış və zədələnmiş 5 ədəd ağac birliyin mobil qrupları tərəfindən operativ şəkildə götürülüb, zədələnən budaqlar budanıb və ərazi təmizlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə