Bakının bəzi yollarında sıxlıq müşahidə olunur

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, hazırda:

Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində;

Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, hər iki istiqamətdə;

Heydər Əliyev prospekti əsas yol, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə