“Ümumiyyətlə fikir verirəm avtomobil qəzalarının artmasında birinci səbəb yol hərəkəti qaydalarını doğru-düzgün mənimsəməmiş sürücülərin sürücülük vəsiqələrini əldə etməsidir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert İlqar Hüseynov deyib.
Onun sözlərinə görə, ikincisi təcrübəsiz gənclərin sükan arxasında yüksək sürətlə hərəkət etməsidir. “Bundan başqa yersiz manevrlər, avtoxuliqanlıq hərəkətlərinə yol verməkləridir. Xüsusən Bakı şəhərində və ətraf ərazilərə hərəkət edərkən sürücülərarası məsafənin, yəni distansiyanın saxlanılmamasıdır. Bu məsafələrin saxlanmaması isə zəncirvari qəzalara səbəb olur. Eyni zamanda sürücü diqqətli olmalıdır. Bu sosial media istifadəçiliyi artıq dözülməz həddə çatıb. Sürücülər xüsusən də gənclər sükan arxasında “TikTok”, “İnstaqram” kimi müxtəlif sosial platformalarda əyləncə paylaşımlarını izləyirlər. Bu səbəblər avtomobil qəzalarının yaranmasında əsas səbəb və əsas amillər olaraq götürülməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə