"Bu məsələlərin dinlə bağlı heç bir əlaqəsi yoxdur" - SƏDR MÜAVİNİ AÇIQLADI

"Bu məsələ ilə bağlı bir çox fikrlər var. Buna misal olaraq onu deyə bilərəm ki, hər hansısa bir aşıq dünyasını dəyişir və onun dəfni zamanı saz çalaraq onu son mənzilə yola salırlar". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, bu gün bəzi ölkələrdə var ki, cavan yaşda insan dünyasını dəyişib lakin ailəsi dini məsələlər heç maraqlanmır. "Hətda bəzi ölü yerlərində son mənzilə yola salarkən onu vağzalı sədası ilə yola salırlar. Yəni elə məsələlər var ki, dinlə bağlı heç cür şərh verə bilmirik. Bildiyiniz kimibu yaxınlarda aktyor Azər Baxşəliyev dünyasını dəyişdi. Onun dəfn zamanı bir çox sənət adamları orada iştirak edirdilər. Orada onunla bağlı xatirələrdən danışdılar və başladılar alqışlamağa. Ümumiyyətlə dində bir adamın islam qanunları ilə yaşaması bildiyimiz bir anlayışdır. Azərbaycanda bildiyimiz kimi demokratik ölkədir. Ölkədə dinsiz olanlarda var buna ateist deyirlər və Azərbaycanda da sayları çoxdur. Lakin elə ateistlərdə var ki, hər hansısa bir yas məclisində ölüyə və ailəsinə hörmət üçün dayanır və mollanın sözlərinə qulaq asırlar. Amma islam qayda qanunda bir insan dəfn olunursa bu hadisələr olunmamalıdır və bu hərəkətlər islamda qadağandır. Bir insan üçün İslam qayda qanununda dəfn olunması üçün onu yumaq, kəfənə bükmək, kəfənə bükdükdə ölünün 7 əzasına kafur maddəsi vururlar, o maddəni vururlar ki, insan həyatı boyu 7 əzası ilə səcdə edir və dünyadan köçür. Daha sonra ona cənazə namazı qılınır və dəfn olunur. İslam dinində şərtlər budur. Qalan məsələlər isə ruhani din xadimləri qarışa bilmir. Bu gün qəbirstanlıqlarımızda qoyulan başdaşları var ki, müxtəlif formada hazırlanır. Lakin bu daşbaşlarının dinlə bağlı heç bir bağlılığı yoxdur. Bu məsələlər üçün gərək Milli Məclisdə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində məsələ qaldırmalıdır və yeni qərarlar qəbul olunmalıdır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə