Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə kənd sakini Məmməd Quliyevin evində yaradılan şəraitlə tanış oldu.
Kişi sakin: Cənab Prezident, xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Salam, xoş gördük.
Qadın sakin: Xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Necəsiniz?
Kişi sakin: Çox sağ olun, Xocalı rayonunun Ballıca kəndinə xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun.
Kişi sakin: Allah Sizi qorusun, bu günü bizə yaşatdınız.
Prezident İlham Əliyev: Sağ olun.
Kişi sakin: 30 illik həsrətimizə son qoydunuz.
Prezident İlham Əliyev: Çox sağ olun.
Kişi sakin: Sağ ol, qadan alım.
Prezident İlham Əliyev: Siz bu kənddənsiniz?
Kişi sakin: Bəli. Buyurun keçin.
Xoş gəlmisiniz, cənab Prezident, Sənə qurban olum.
Prezident İlham Əliyev: Xoş gördük. Necə yaşayırsınız burada?
Kişi sakin: Yaxşı, keç stolun başına, keç oraya. Sənə qurban olum, sən gələn yollara qurban olum.
Prezident İlham Əliyev: Ballıca kəndinə yerləşdiyiniz üçün sizi təbrik edirəm.
Kişi sakin: Çox sağ olun.
Prezident İlham Əliyev: Əyləş qızım. Uzun illərin həsrətinə son qoyduq.
Kişi sakin: Allah Sənə dəyməsin, intizarımıza son qoydun. Bu elə-belə son deyil. Bu, böyük sondur.
Prezident İlham Əliyev: Vaxtilə işğal altında olmuş bütün şəhər və kəndlərimizi indi bərpa edirik. Ballıca kəndi 10-cu yaşayış məntəqəsidir ki, işğaldan sonra biz artıq bu kəndi də bərpa etdik. Mənə verilən məlumata görə, artıq 460 keçmiş köçkün burada yerləşib, 137 ev bərpa edilib və əlavə təqribən 60-a yaxın ev də bərpa olunacaq. İndi 460 insan artıq bu kənddə yerləşib, şərait də yaxşıdır.
Kişi sakin: Qəşəng şəraitdir. Hamısı da eynidir.
Prezident İlham Əliyev: Evlər bərpa edilib, yenidən tikilib. Burada rahat yaşamaq üçün bütün şərait, imkanlar var. Bildiyiniz kimi, Ballıca kəndini biz 2023-cü ilin sentyabrında azad etdik. Torpaqlarımızın işğaldan azad edilməsi mərhələli yollarla təmin olunmuşdur. İkinci Qarabağ müharibəsi və ondan sonra antiterror əməliyyatı ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsinə gətirib çıxardı, separatçıların kökü kəsildi. Azərbaycan ərazisində separatizmin kökü tam kəsilmişdir və Azərbaycan vətəndaşları öz doğma torpağına qayıda bilirlər. İndi hər yerdə quruculuq, bərpa işləri aparılır. Dünən mən Ağdam rayonunda idim. Ağdam şəhəri sıfırdan inşa edilir və gözəl şəhər olacaq. Xankəndini də biz bərpa edəcəyik və vaxtilə burada yararsız vəziyyətə düşmüş binalar indi sökülür, yeni binalar inşa edilir və ediləcək. Bildiyiniz kimi, Qarabağ Universiteti artıq fəaliyyət göstərir və bu il yeni korpuslar inşa olunacaq. Artıq orada mindən çox tələbə oxuyur. Ona görə hər cür şərait var - ali məktəb var, orta məktəblər var, xəstəxanalar, ictimai yerlər, iş yerləri. Bu gün mən tikiş fabrikinin fəaliyyəti ilə tanış oldum. Artıq 200-dən çox işçi var. Özü də əksəriyyəti, demək olar ki, mütləq əksəriyyəti qadınlardır. Qadınlar üçün də iş yerləri yaradılıb. Əsas odur ki, indi tikinti-bərpa işləri sürətlə getsin. Bunun üçün bütün gücümüzü səfərbər etmişik, o cümlədən Ballıca kəndinin bərpası da artıq son mərhələdədir. Təbii ki, Ballıcada olub, balın dadına baxmamaq mümkün deyil. Bu, Ballıca balıdır, yoxsa başqa yerdən gətirilib?
Qadın sakin: Bunu öz təsərrüfatımdan gətirmişəm, inşallah, gələcəkdə...
Xüsusi nümayəndə Elçin Yusubov: Cənab Prezident, vətəndaş özü arıçılıqla məşğuldur.
Qadın sakin: Təsərrüfatım da var.
Prezident İlham Əliyev: Əlavə tövlə də tikiləcək?
Qadın sakin: Əlavə tövlə də tikiləcək.
Prezident İlham Əliyev: Mal-qara var?
Qadın sakin: Bəli, 20 baş varımdır. Arım da var.
Elçin Yusubov: Satış üçün dükan da verdik cənab Prezident.
Prezident İlham Əliyev: Örüş yerləri də...
Elçin Yusubov: Var, var. Siz tapşırıq verdiniz, artıq danışmışam.
Prezident İlham Əliyev: Bəli, tapşırıq verdim ki, torpaq sahələri ayrılsın, həm örüş yerləri, həm əkinçilik üçün.
Kişi sakin: Çox sağ ol, cənab Prezident. Ulu Öndər Heydər Əliyev o vaxt Azərbaycanın rəhbərliyində olsaydı, bu bəlalar başımıza gəlməzdi. Allah onun yerini behişt eləsin, Səni də ömür boyu Azərbaycanın üstündən əskik etməsin.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
Kişi sakin: İndiyədək ermənilər müsəlmanları qırıb. Onların cavabını Sən verdin. Allah Səni qorusun, balalarını qorusun!
Qadın sakin: Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Prezident İlham Əliyev: Sağ ol ağsaqqal, çox sağ ol. Bu, bizim borcumuz idi, torpaqlarımızı işğalçılardan azad etmək bizim milli ideyamız idi. Bütün Azərbaycan xalqının iradəsi və şəhidlərimizin, qəhrəmanların fədakarlığı, şücaəti hesabına biz buna nail olmuşuq.
Kişi sakin: Olmusan. Olmusan, Sənə qurban olum.
Prezident İlham Əliyev: Təbii olaraq Ali Baş Komandan kimi bütün əməliyyatlara özüm rəhbərlik etmişəm və yenə də deyirəm, mənim üçün Prezident kimi bu vəzifədən daha ümdə vəzifə olmayıb heç vaxt. Bütün prezidentlik dövrümü də buna həsr etmişəm ki, biz torpaqlarımızı azad edək, işğalçıları torpağımızdan qovaq, haqq-ədaləti və milli ləyaqətimizi bərpa edək. Buna da nail olduq.
Kişi sakin: Sən oldun Prezidentim, sənə qurban olum,
Prezident İlham Əliyev: Çox sağ ol. Əlbəttə ki, siz də qeyd etdiyiniz kimi, əgər Ulu Öndər Heydər Əliyev o vaxt Azərbaycanda hakimiyyətdə olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Bilirsiniz ki, o illərdə qanunsuz Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı və fəaliyyət göstərirdi. Ulu Öndər çalışırdı ki, burada yaşayan azərbaycanlıların hüquqları təmin edilsin. Ancaq o, 1980-ci illərin sonlarında siyasi səhnədən gedəndən sonra bizim başımıza bu bəla gəldi. Yəni, o, istefa verəndən iki həftə sonra erməni separatçıları baş qaldırıb bizə qarşı ərazi iddiası ilə çıxış etmişdilər. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi bu məsələyə laqeyd yanaşdı. Faktiki olaraq fəaliyyətsiz idi və separatçılar daha geniş imkanlara malik oldular. Mərkəz, yəni Sovet İttifaqının rəhbərliyi onların tərəfində idi, ovaxtkı Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün bütün çirkin əməllərindən də çəkinmirdi. Burada xüsusi komitə yaradıldı və o komitə faktiki olaraq Qarabağı Azərbaycandan ayırmaq üçün bir vasitə idi. Mən sovet dövrünün tarixini qeyd edirəm. O ki qaldı, müstəqillik dövrünə, müstəqillik elan olunandan dörd ay sonra Xocalı soyqırımı törədildi, bu da böyük vəhşilik, barbarlıq idi. Ondan sonra digər kəndlərimizin sakinləri soyqırımına məruz qaldılar, bütün azərbaycanlılar Xankəndidən və ətraf kəndlərdən didərgin salındılar. Sonra yeddi rayonumuz işğal edildi. Bütün bunlar ovaxtkı Azərbaycan rəhbərliyinin cinayətləri nəticəsində baş vermişdir. Əgər Heydər Əliyev xalqın tələbi ilə vaxtında hakimiyyətə gəlməsəydi və o vaxt müharibə dayanmasaydı, bəlkə də daha da böyük ərazilər işğal altına düşərdi.
Kişi sakin: Heydər baba gəlməsəydi, hamısı xanlıq olub hərəsi bir tirə aparası idi, burada dövlət olmayacaqdı. Hər şey göz qabağında idi.
Prezident İlham Əliyev: Bəli, düz deyirsiniz, elədir. Dövlət qurdu, ordu qurdu. Azərbaycan vətəndaşları indi burada gözəl evlərdə rahat yaşayırlar. Ev-eşik, təsərrüfat, mal-qara, hər şey. Bal da, maşallah çox dadlıdır. Bu bölgənin balının da fərqli dadı var.
Kişi sakin: Bu, qaratikan balıdır.
Prezident İlham Əliyev: Mən 2020-ci ildən sonra - müharibədən sonra, Zəfərimizdən sonra ancaq bu bölgənin balını yeyirəm. Kəlbəcər və Laçın balını. İndi Ballıca balı da yedim.
Kişi sakin: Mən ürəyimdə deyirdim ki, İlahi, görəsən qismət olar ki, gedək Ballıcadan keçək, Vətənə baxaq? Ay Allah, bu günü bizə nəsib eləyənə qurban olum. Bu, böyük Qələbədir, böyük Qələbədir.
Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm, xoşbəxt yaşayın.
Kişi sakin: Çox sağ olun.
X X X
Sonra Prezident İlham Əliyev kənd sakini Əvəz Orucovun evində yaradılan şəraitlə tanış oldu.
X X X
Prezident İlham Əliyevin
-İki aydır ki, Ballıca kəndində keçmiş köçkünlər yaşayır. Mən bu gün burada bir neçə keçmiş köçkünlə görüşmüşəm, ev şəraitinə baxmışam. Şadam ki, uzun fasilədən sonra Ballıca kəndinə də artıq həyat qayıdıb. Keçmiş köçkünlər indi demək olar ki, hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Böyük Qayıdış Proqramı icra edilir. Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir. Dünən Ağdam rayonunda gedən quruculuq-bərpa işləri ilə tanış olmuşam. Bu gün buradayam. Eyni zamanda, Xankəndidə də olmuşam, orada da gözəl işlər görülür, yeni iş yerləri, yeni müəssisələr yaradılır. Mənim Sərəncamımla Qarabağ Universiteti yaradılmışdır. Orada mindən çox tələbə oxuyur. Orta məktəblər, tibb məntəqələri inşa olunur. Yəni, həyat üçün nə lazımdırsa, hər şeyi edirik, həm şəhərləri, həm də kəndləri bərpa edirik.
Ballıca kəndinin də bərpası artıq son mərhələdədir. Mənə verilən məlumata görə, 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib. Evləri bərpa etmişik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün imkanlar yaxşıdır, torpaq münbitdir, hava da təmizdir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük.
Əlbəttə ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir. İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində.
İndi İkinci Qarabağ müharibəsindən dörd il keçibdir, baxın nə qədər böyük işlər görüldü, hər yerdə, təkcə Xocalı rayonunda yox. Halbuki Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi. Çünki müharibədən və işğaldan, Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da dayanandan sonra yenə də bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik. Nəinki Xocalı, Xankəndi də, Ağdərə, Xocavənd və Əsgəran rayonları da işğalçılardan tam azad edildi. Yüzlərlə kənd artıq öz sahiblərini gözləyir.
Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Yəni, bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada, yenə də deyirəm, 500-ə yaxın insan yaşayır. Həm o vaxt bu bölgədə yaşayan vətəndaşlar, eyni zamanda, onların uşaqları, nəvələri, nəticələri qayıdıblar. Bu, bir daha onu göstərir ki, xalqımız öz torpağına nə qədər bağlıdır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, yaxud da ki, gənc insanlar həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Öz torpaqlarına qayıdan keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında həmişə gənclərdən soruşuram ki, siz darıxmırsınız burada? Deyirlər, yox, darıxmırıq. Çünki doğma Vətən, doğma torpaq bizi çəkir və bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir.
Mən sizi təbrik edirəm. Yenə də deyirəm, artıq iki aydır ki, siz burada mərhələli yollarla məskunlaşırsınız, dekabrın 13-dən başlayaraq bu günə qədər. Hələ ki, proses davam edir. Hələ bərpa ediləsi evlər var, onları da bərpa edəcəyik. Burada insanlar rahat, təhlükəsiz və xoşbəxt yaşamalıdırlar. Bunun üçün Azərbaycan dövləti bundan sonra da hər şeyi edəcəkdir. Bir daha sizi təbrik edirəm.
Sakinlər yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Sakin: Xoş gəlmisiniz, möhtərəm Prezident. Mən yazdığım bir şeirlə xalqa fikrimi çatdırmaq istəyirəm, icazə versəniz.
Prezident İlham Əliyev: Buyurun.
Sakin:
Ey uca millətim, uca dövlətim,
Ucalsın bayrağın uca dağ kimi.
Sönməsin ocağın, sönməsin odun,
Rəbbin yandırdığı bir çıraq kimi.
Açılsın sabahın, gülsün millətin,
Qalmasın möhnətin, dərdin, zülmətin.
Xalqa məlhəm olsun gücün, qüdrətin,
Xəstəyə can verən bir loğman kimi.
İlhamam, adına qurbanam özüm,
Haqqını itirsəm, kor olsun gözüm,
Türkün birliyinə yar olsun sözüm,
Torpağa can verən bir bulaq kimi.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sakin: Çox sağ olun. Yenə minnətdarıq. Çox sağ olun, hər birimiz minnətdarıq Sizə.
Prezident İlham Əliyev: Oğlunuz şəhid olub?
Qadın sakin: 1992-ci ildə.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Qadın sakin: Bir şəhid ailəsi kimi sənə təşəkkürümü bildirirəm. Çox sağ olun.
Prezident İlham Əliyev: Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də ki, Vətən müharibəsi şəhidlərinin qanını biz döyüş meydanında aldıq, onların qisasını aldıq və ədaləti bərpa etdik. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq.
Qadın sakin: Onun qəbrini ki, gördüm, çox sağ olun. Nənən sənə qurban olsun.
Prezident İlham Əliyev: Sağ olun.
Kişi sakin: Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, Siz Ballıca kəndinə xoş gəlmisiniz. Cənab Prezident, ermənilərin ən böyük terror dəstələri Ballıca kəndində məskunlaşmış və buradan öz çirkin əməllərini həyata keçirməyə çalışmışlar. Bu gün Bakı həbsxanalarında özlərini quzu kimi aparan erməni cəlladları, sözün həqiqi mənasında, xalq arasında deyildiyi kimi, Ballıca kəndində at oynatmışlar. Sizin böyük siyasətinizin nəticəsində xalqımız, camaatımız bu gün Sizinlə görüşə Ballıca kəndinə gəlmişdir və bu görüş bizim arzuladığımız görüşdür. Bu görüşə görə Sizə minnətdarlığımızı, təşəkkürümü bildirirəm.
Cənab Prezident, Qarabağla bağlı Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla həyata keçirilir, Sizin göstərişinizlə Ballıca kəndində həyat qaynayır. Necə deyərlər, biz vətənimizə, torpağımıza gələndən sonra ilk olaraq şəhidlərimizin döyüşdüyü yerləri, əsgərlərimizin erməni quldurlarına qan uddurduqları yerləri və böyüklərimizin, ulularımızın uyuduğu məkanları ziyarət etmişik. Bu ziyarətləri bizə Siz, cənab İlham Əliyev bəxş etmişdir. Ona görə biz Sizə öz təşəkkürümüzü bildiririk. Sizə sonsuza qədər təşəkkür etsəm azdır. Əllərimi uca göylərə açaraq söyləyirəm: “Tanrı Sizi qorusun!”. “Tanrı ailənizi qorusun!”. “Tanrı xalqımızı qorusun!”.
Sakinlər: Amin!
Sakin: Sağ olun. Nə yaxşı ki, Siz varsınız. Sizə bizim böyük ehtiyacımız vardır. Sağ olun, təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm. Necə yaşayırsınız burada? Hər şey yaxşıdır?
Sakinlər: Xoş gəlmisiniz. Allah Sizi qorusun. Ali Baş Komandan, “dəmir yumruq” buradadır.
Prezident İlham Əliyev: Çox sağ olun. Maşallah sənin də yumruğun yaxşıdır.
Kişi sakin: Cənab Prezident, çox sağ olun. Var olun ki, o əmri verdiniz, o “dəmir yumruq”la onların başını əzdik. Minnətdarıq Sizə.
Prezident İlham Əliyev: Sağ olun. Sizə minnətdaram. Sizin kimi oğullar hesabına torpaqlarımızı düşməndən azad etdik.
Kişi sakin: Borcumuzdur, cənab Prezident.
Qadın sakin: Hörmətli Prezidentimiz, Siz Ballıca kəndinə çox xoş gəlmisiniz. Allah Sizi qorusun, Allah Ordumuzu qorusun, Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bugünkü günü bizə yaşatdığınız üçün Sizə çox-çox təşəkkürümü bildirirəm. Allah sizləri qorusun.
Prezident İlham Əliyev: Sağ olun, sizi bir daha təbrik edirəm.
X X X
Sonra xatirə şəkli çəkdirildi.
X X X
Prezident İlham Əliyev: Qarabağın torpağı bütövlükdə hər yerdə yaxşıdır. Buradan yaxşı məhsul götürmək olar. O vaxt - sovet dövründə burada camaat daha çox maldarlıqla məşğul idi. İndi necə, maldarlıq var?
Sakin: Gətirir özü ilə, olanlar var.
Prezident İlham Əliyev: Bəs əkinçilik necə?
Sakin: Əkinçilik də yavaş-yavaş başlayır.
Prezident İlham Əliyev: Hər halda həyətyanı sahələrdə yəqin ki, bostan da əkilir?
Sakin: Əkirik. Yararlı torpaqdır, çox gözəl torpaqdır.
Prezident İlham Əliyev: Buradan bol məhsul götürmək olar.
Sakin: Bəli, çalışan götürər.
Prezident İlham Əliyev: İşləmək lazımdır.
Sakin: Xanın bağlarıdır bura. Bizdə “Məhəmməd ağa” deyilən otlaq var. Üç tərəfi Kosalar kəndidir, Ballıcadır. Ermənilər burada çox at oynadıblar. Son soyqırımında aeroport tərəfdən birinci hücuma keçiblər, sonra Kosalar kəndinin sakinləri burada tək qalıb. Xocalı rayonunda ən son Şuşa əhalisi çıxandan bir gün sonra, bax, bu dumanın altında Kosalar əhalisi çıxıbdır.
Prezident İlham Əliyev: Doqquzunda?
Sakin: Bəli. Buradan üç bulağın suyu gəlir: “Təkqəbir” bulağı, “Sarıtala” bulağı, “Alçalı” bulağı. Bulaq suyudur, götür o çayın suyunu iç. Belə gözəl yerə bizi gətirdiyiniz üçün Sizə nə qədər təşəkkür eləmək olar?! Mən oğlumun adını İlham qoymuşam. İnanın Allahdan arzu edirəm, bir nəvəm olsun, onun da adını İlham qoyacağam. Dünya tarixində belə bir şey yoxdur, 300 ildən çox, 500 ildən çox bir qarış torpaq geri qaytarılsın. Xalqımız Sizə nə qədər təşəkkür etsə azdır. Var olun, cənab Prezident.
Sakin: Bəli, mən “Qarabağ” şeirinin sonunda İsmayıl qardaşın dediyi kimi yazıram:
Dünya bu Zəfərə özü mat qalıb,
Əyrisi lal olub, düzü mat qalıb,
Əbədi, silinməz bir hikmət qalıb,
Azərbaycandır deyən sözüm Qarabağ,
Sənə qurban olum, özüm Qarabağ.
Sakinlər: Yaşa, cənab Prezidentimiz! Var olun, Prezidentimiz.
Prezident İlham Əliyev: Xoşbəxt yaşayın.
Sakinlər: Var olun, Allah qorusun!
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb“ -ŞAHİN MAHMUDZADƏ
Siyasət 15 Oktyabr 11:59“Azərbaycanda əhalinin borc yükü 18,7 faizə yüksəlib“ -ATAXAN HƏSƏNOV
Siyasət 15 Oktyabr 11:54Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



