Qadınlar hansı kişilərdən uzaq qaçır? - PSİXOLOQ AÇIQLADI

"Mövzuya birinci öz adımdan cavab verim. Kaşki qadınlar qaçmalı olan kişilərdən qaçardılar. Çünki, son zamanlar bir tendensiya görürük ki, əvvəlki vaxtlarda daha sakit, daha ailəcanlı, daha üzüyola kişilərlə xanımlar ailə qurmağa çalışırdılarsa, indi əksinə sakit insanları, darıxdırıcı insanları bəyənmirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, bunun bir neçə səbəbləri var: "Təbii ki, münasibətlərin əvvələrində aşırı yaxşı, aşırı qəşəng, çox ideal görsənən bəylərdən şübhə ilə yanaşmalıdırlar. Hər mübahisəni ayrılıqla hədələyən, ayrılıqla həll etməyə çalışan insanlardan uzaq gəzsələr yaxşı olar. Aqressiv tək özünə qarşı deyil, bəzən xanımlar deyir ki, mənə elə aqressiv deyil, başqalarına qarşı elədi. Bir gün sizə də qarşı aqressiv ola bilər. Ona görə də çox aqressiv olan bəylərdən uzaq durmaq lazımdır. Xanımlar tanış olacağı, bəyəndikləri bəylərin öz ailəsinə olan münasibətinə diqqət yetirsinlər, bəyin öz anasına, atasına münasibəti necədi, atası ilə yaxşı münasibətdə olan oğlanlarla ailə qurmağa çalışsın xanımlar. Çünki, onun kişi kimi formalaşmasında böyük bir rol oynayır. Anasına aşırı bağlı olan oğlanlardan uzaq dursunlar, amma anasına hörmət və sayğı ilə yaxınlaşan kişilərlə ailə qurmağa çalışsınlar. Çünki hörmət və bağlılıq fərqli şeylərdir. Hər şey öz sərhədində olsa gözəldir. Adını qısqanc qoyub, psixopat hərəkətləri ilə seçilən oğlanlardan uzaq durmaq lazımdır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə