İstənilən sahə üzrə fəaliyyətə başlayan işçi tibbi psixoloji testdən keçirilirmi? - SOSİOLOQ AÇIQLADI

"Bu mövzu çox aktual bir mövzudur. 2018-ci ildən etibarən psixologiya haqqında qanun qəbul olunub. Bu psixologiya haqqında qanunun qəbulu imkan verir ki, bir sıra sahələrdə işçilərin, yeni işə daxil olan şəxslərin psixoloji testdən keçirlməsi zəruridir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, bu testlərdən keçirlmək üçün hüquqi baza var, lakin bir çox sahələrdə hələ ki, tam tətbiq olunmur. "Bununda nəticəsində görürük ki, bəzi müəllimlər fəaliyyəti zamanı şagirdlərə, tələbələrə davranışlarında, hərəkətlərində qeyri-adekvat hərəkətlərə yol verə bilir. Hətda biz görürük ki, bəzən çox ağır nəticələrədə gətirib çıxara bilir. Ona görə belə bir zərurət yaranır ki, həm yumşaq bacarıqlar, həm də sərt bacarıqlar konkret şəkildə öyrənilməlidir. İnsanları işə götürərkən bu məqamlardan məlumatlı olmalıdır. Çox da, yaxşı olar ki, təkcə işə götürərkən deyil, bəlli bir müddətdən sonra, məsələn 5 il ərzində yenidən psixoloji testdən keçməlidirlər. Eyni zamanda əmək kollektivlərində, iş müəssisələrində işçilərin bir-birinə münasibətini öyrənmək üçün müəyyən testlər tətbiq olunsun. Bu testlərdə işçilərin problemlərini öyrənmək üçün, müəssisə daxilində psixoloji vəziyyət necədir, vəziyyət gərgindirsə proflaktik yolla aradan qaldırıla bilərmi və s. Ona görə də, həm psixoloji testlər, həm də digər sosyametrik testlər mütəmadi şəkildə keçirilməsinə ehtiyyac var".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə