Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı nəzərə alınaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi (DYP) tərəfindən qabaqlayıcı tədbirlər görülür. SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, idarənin YPX Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi dağlıq ərazilərdə zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara yollardakı mövcud vəziyyətlə bağlı məlumat verir.
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfərlər zamanı zəruri ehtiyat tədbirləri görməyi xahiş edir”, - deyə qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə