"Cəmiyyəti sosial media istifadəsinə hazırlığı üçün nə etmək olar"? - SOSİOLOQ AÇIQLADI

"Biz artıq rəqəmsal cəmiyyətdə yaşayırıq, sürət əsri, internet əsrindəyik. Artıq sosial şəbəkələr, sosial platformalar günümüzün reallıqıdır, həyat tərzimizə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, sosial şəbəkə reallıqı qlobal bir hadisədir. Azərbaycanda dünyanın qlobal bir parçası kimi bu reaıllıqla qəbullanır: "Bu günləri sosial şəbəkə platformaları, sosial media tənzimlənməlidir. O yerdə ki, fəaliyyət var, o zamanda bu fəaliyyətin tənzimlənməsinə ehtiyac var. Yəni, sosial şəbəkələrlə, sosial platformalar fəaliyyətidə bu qəbildən olan məsələdir. Təəssüf hissi ilə deyə bilərəm ki, sosial media, sosial şəbəkə platformaları təkcə proqmatik məqsədlərlə istifadə olunmur. Eyni zamanda bu platformalarda cəmiyyətə, insanlara və istifadəçilərə yersiz və tərbiyəni pozan paylaşımlar da yansıdılır. Hesab edirəm ki, belə bir hallar sosiallaşma prossesinə mənfi təsir göstərdiyi üçün məhz bu sahədə tənzimlənmələrə ehtiyyac var. Təsadüfi deyil ki, bir çox ölkələrdə sosial şəbəkələrin fəaliyyəti bloklanır, limit qoyulur və ya digər tənzimlənmə mexanizmi tətbiq olunur. Ona görə də, Azərbaycanın özündə də, sosial media üzərindən baş verən mənfi, əhalinin rifahını pozan əməllər, kibercinayətkarlıq və digər qanunsuzluqlar artıq Azərbaycanda sosial şəbəkə vahidlərini tənzimləyən ayrıca bir qanun qəbul etməyə dəvət edir. Buna misal olaraq, müxtəlif sosial şəbəkə platformalarında gündəlik xəbərlərə, onlyan informasiya məlumatlarına və bundan əlavə olaraqda lazimsız bir çox videolara nəzər salırıq. Bu da insan psixologiyasına, əsas da psixologiyası bərkiməmiş gənclərə, yeniyetmələrə çox ciddi təsir göstərir. Bu baxımdan yaxşı olar ki, sosial şəbəkələri, sosial media platformalarında süzgəc mexanizmi tətbiq edilsin. Bunun üçün eyni zamanda uşaqlar, yeniyetmələrə sosial mediadfan istifadə limiti müəyyənləşdirilsin, filtr tətbiq olunsun və sosial media ilə bağlı ayrıca qanun qəbul edilsin".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə