Bu gün, 12 fevral tarixində Atatürk Mədəniyyət Mərkəzində yeni yaradılmış Kommunikasiya İctimaiyyətlə əlaqələr və Media mərkəzinin təqdimatı və zirvə görüşü baş tutur. SİA xəbər verir ki, görüşdə KİM-in rəhbəri Tural Ozan, Atatürk Mədəniyyət Mərkəzinin direktoru Nizami Cəfərov, Emedia Group təşkilatının sədri Elşən Əliyev, media nümayəndələri iştirak edirlər.
Zirvə görüşünün mövzusu Azərbaycanda kommunikasiya, ictimaiyyətlə əlaqələr və media sektorunda KİM platformasının yaradılması, bu sahələr arasında əlaqələrin gücləndirilməsi və Türk dünyasında yeni inkişaf yolu istiqamətində yerli və beynəlxalq layihələrin icrasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə