Honkonq-London təyyarəsi Bakıya məcburi eniş sorğusu göndərib

“Cathey Pasific” aviaşirkətinin HonKonq-London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

SİA xəbər verir ki, hava limanından bildirilib ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Heydər Əliyev Beynəlxalq Aeroportuna “Airbus A350” təyyarəsi yerli vaxtla saat 19:08-də uğurla eniş edib. Sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbi müəssisəyə çatdırılıb.

Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə