Ümumi maraqlar uğrunda birləşmiş, üzvlərinin hüquq bərabərliyi, könüllülük prinsipləri əsasında yaradılan, fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikası ərazisini əhatə edir. “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi”nin bu sahədə gördüyü işlər təqdirəlayiq, əməyi isə danılmazdır.
Təşkilatın əsas məqsədi şəhidlərimizin keçdiyi döyüş şücaəti, vətən sevgisinin yeniyetmə və gənclərimiz arasında təbliği, eyni zamanda ehtiyacı olan şəhid ailələrinə sosial,hüquqi və psixoloji yardımlar göstərməklə onlara dəstək olmaqdır. Bu məqsədlə təşkilatın dövlət dəstəyi ilə nəşr etdirdiyi “Əsrimizin Qəhrəmanları” adlı kitab, eyni amala xidmət edənlərlə bir yola çıxaraq illərdir həyata keçirdikləri yüzlərlə tədbirlər, anım günləri, xatirə gecələri, maarifləndirici görüşlər birliyin daim fəaliyyətdə və eyni ruhda olmaqlarının bariz nümunəsidir.
Yüksək vətənpərvərlik hissi ilə daim bu amalla çalışan birlik üzvləri bir yumruq altında birləşiblər. Şəhidlərimizi tanıyıb, tanıtdırmaq, onları unutdurmamaq və bu yolda yaşanmış qəhrəmanlıqları gələcək nəsillərə doğru şəkildə ötürmək.
Birliyin 26.01.2025-ci il tarixdə keçirilən növbəti daxili iclası da bu yöndə baş tutub.
İclası giriş sözü ilə açan təşkilatın sədri Rövşən Ağamalıyev bir dəqiqəlik sükutla şəhidlərimizi yad etdikdən sonra ay ərzində baş verən cari məsələlər, növbəti günlərdə görüləcək işlərin planlanması və təsdiqi üzrə danışıb. İclası davam etdirən təşkilatın nəzarət və təftiş komissiyasının sədri Niyaməddin İbrahimov bu barədə iclas üzvlərinə öz tapşırıq və tövsiyyələrini verdikdən sonra yeni üzvlərin qəbulu işlərinə başlanılıb. Yüksək vətənpərvərlik hisləri ilə bu yolda təşkilata qoşulmaq istəyən yeni üzvlərin vəsiqələri təqdim olunub və sədr Rövşən Ağamalıyev tərəfindən lazımi tapşırıqlar verilib.
Şəhid ailələrinin yanında olan və daima onlardan öz qayğısını əsirgəməyən Gülər Cəfərovaya üzvlük vəsiqəsi təqdim olunduqdan sonra Fəxri Fərmanla təltif olunub. Bundan başqa Hüseynova Rəvanə və Şəfaqətova Sara ictimai birliyə üzvlüyə qəbulu haqqında sənəd imzalanıb və TNK-nın sədri Niyaməddin İbrahimov tərəfindən vəsiqə təqdim olunub.
Birliyin üzvlərini bu yöndə daim diqqətdə saxlayan və qiymətləndirən idarə heyəti tutduqları müqəddəs yolda hər kəsə uğurlar arzuladıqdan sonra iclas bağlı elan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə