Hicamanın düzgün qaydası və sirləri əslində necə olmalıdır? - MÜSAHİBƏ
"Hicama Estetik Mərkəzi"nin rəhbəri, Anatomik hicama nöqtələri atlasının müəllifi, Hicama və Hirudoterapiya mütəxəssisi Gülnarə Əliyevanın SİA-ya müsahibəsini təqdim edirik:
- Ümumiyyətlə bugünkü reallıq hicama və zəli qoyuluşunun insanlar arasında populyarlaşması ilə bağlıdır. Bir növ uşaqdan-böyüyə kimi hər kəs artıq müraciət edir və faydalarını, yaxud da əks göstərişlərini görürlər. Elə bununla bağlı istəyərdik insanları bir daha məlumatlandıraq. Əslində hicama haqqında nələri bilirik?
- Hicama 100 illərdir artıq alternativ tibb kimi insanların üz tutduqları bir müalicə üsuludur və eyni zamanda Peyğəmbərimizin bununla bağlı olaraq hədisləri də var. Əsasən 2 hədisi var. Birində söyləyir ki, müalicə olunduqlarınızın ən faydalısı qan aldırmaqdır. Digərində isə söyləyir ki, mən səmanın hər 7 qatından keçdiyimdə hər mələk toplumuna gəldiyimdə ümmətinə hicama olmağı tövsiyə etdiyi bir hədis var. Bundan yola çıxaraq biz davamlı olaraq insanlara hicama etməyi tövsiyə edirik və bugünə qədər çox şükür heç kəs bunun yan təsirləri ilə qarşılaşmayıb. O da düzgün edildiyi halda, pasientə düzgün təyin edildiyi halda heç kəs bunun zərərlərini görmür.
- Hicamanın düzgün qaydası və sirləri əslində necə olmalıdır?
- Hicamanın düzgün qaydası pasient müraciət edən zaman öncə bir konsultasiya etmək lazımdır. Əgər onda hər hansı bir əks göstəriş yoxdursa o zaman pasientə hicama nöqtələri təyin edilir və buna uyğun olaraq seanslar tətbiq edildiyi halda hicamanın təsirini görmüş olurlar.
- Bəzən elə bu hicama məsələsinə bir növ həkimlər güvənmir və deyirlər qan çıxması boş şeydir. Maraqlıdır ki sizin qəbulunuza həkimlər, yəni inanmayan həkimlər gəlirmi?
- İnanın ki, bugünə qədər müraciət edənlərin 30 faizi elə həkimlərin özləridir.
- Bəs niyə cəmiyyətdə bu inamsızlıq yaranıb? Bunu yaradan amillər nə olub?
- O mövzuya çox da toxunmaq istəmirəm. Çünki böyük müzakirələrə səbəb olmuş olar. Ona görə belə deyərdim ki, Azərbaycan Tibb Universitetinin belə bir fakültəsi olmadığı, tibb bunu təsdiqləmədiyi üçün onlar da buna dırnaqarası yanaşırlar. Amma bugünkü günümüzdə insanlar niyə ən çox hicamaya, zəli terapiyasına müraciət edir deyə bir sorğu keçirsək görərik ki, insanlar müasir tibbdən əllərini üzüb təkrar hicamaya müraciət edirlər.
- Hicamanın daha çox hansı xəstəliklərə faydası və yaxud əks göstərişləri olur?
- Əks göstərişlər hemofiliya, talassemiya xəstələridir, 3 aya qədər hamilələrdir, orqan nəql edilmiş insanlardır. Bunlara əks göstərişdir. Digər pasientlərdə isə məsələn, pasient əməliyyat keçiribsə, 3 ay sonra qan donoru olaraq veribsə, 3 ay gözləməlidir ki, hicama olunsun. Bu kimi şeylərə diqqət etmək lazımdır.
- Daha çox hansı insanlara hicama olmaz?
- 70 yaş üzərində olan yaşlı insanlara hicamanı çox da tövsiyə etmirik. Amma əgər hər hansı bir əks göstəriş yoxdursa yenə də edirik. 2 yaşa qədər uşaqlardır, 3 aya qədər hamilələrdir. Bunlar əks göstərişdir. Hemofiliya, talassemiya xəstələridir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə