Əziz Sancarın xəyalı gerçək oldu

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev ABŞ-a səfəri çərçivəsində görkəmli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancara “Türk Dünyasının Mədəniyyət Səfiri” medalını təqdim edib. SİA xəbər verir ki, mükafatlandırma mərasimi Şimali Karolinada Əziz və Qven Sancar Fondunun nəzdində fəaliyyət göstərən Sancar adına Mədəniyyət Mərkəzində reallaşıb.

S.Raev xatırladıb ki, dünya şöhrətli alimin mükafatlandırılması ilə bağlı qərar TÜRKSOY Daimi Komitəsinin üzvü olan nazirlər tərəfindən strukturun Şuşada keçirilən 40-cı iclasında yekdilliklə qəbul edilib.

Əziz Sancar isə bunu “Nobel mükafatından daha dəyərli” adlandırıb. “Türk Dünyasının Mədəniyyət Səfiri” adı mənim xəyalım idi”, - deyə o bildirib.

Mərasim çərçivəsində TÜRKSOY-un Baş katibi professor Əziz Sancara Türk dünyası mədəniyyətinin birliyini və zənginliyini əks etdirən əşyaları, o cümlədən Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbənin rəmzi olan Xarıbülbül nişanını təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə