"Payız və qış mövsümündə biz illik depolama mexanizminə keçirik, yəni məhz bu dönəmdə vitamin, antioksidant əsaslı olan ehtiyaclarımız yüksək şəkildə ödənilməlidir ki, bu zaman immuntetimizə dəstək vermiş oluruq və bu bizi il ərzində sağlam tutur, xəstəliklərə, infeksiya, viruslara qarşı davamiyyətli edir. Bəs bu necə olmalıdır? Xüsusilə indi, yəni qış aylarında əlçatan olan tərəvəzlər, özəlliklə antioksidantla çox zəngindir. Çuğundur, kök, kələm və kələmin bütün qruplarına aid olan tərəvəzlərdən ibarət şorbalar həftədə 3 dəfə qəbul olunmalıdır". Bu sözləri tanınmış həkim dietoloq Leyla Zülfüqarlı SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, hər yemək önündə göyərti olmalıdır: "Bu dediklərim yaşlı nəsilə aid edilir. Göyərtilərdən yəni səbzə qrupundan antioksitand oranı yüksək olanlar və ikinci növbədə probiotik effekti verən, bağırsağı çalışdıran kələm turşusu özəlliklə qəbul olunsun. Üçüncü hissədə isə yaşlılar artıq ağ çörəkdən imtina edib doğru taxıllı çörəklərə üstünlük verməlidir. Gün ərzində bu cür karbohidrat dəstəyini məhz taxıllı qidalardan alaraq, taxıllı çörək qrupu, bulqur, qarabaşaq, lobya qrupu və s. ödəyəcək. Gündə bir dəfə də olsa mütləq şəkildə karbohidrat və ət qrupuna aid olan ağ ətlər, balıq özəlliklə hinduşka, quş, can ətləri qəbul olunmalıdır. Bol miqdarda oksidləşmiş süt və qatıq məhsullarına üstünlük verilməlidir. Həm bağırsaq çalışdırmasında, həm də vitamin D-yə olan ehtiyacımızın ödənməyi üçün kəsmikdən gündə bir dəfə də olsa istifadə olunmasında fayda vardır".
Həmçinin həkim onu da qeyd edib ki, yaşlı nəsildə tək qida deyil, əgər müəyyən əksiklik varsa, dəstəkləyici terapiyada olmalıdır: "Digər qaydalar dediyim kimi uşaqlara da şamil olunur, amma onlar göyərtini sevmədiyi üçün o hissədə biz uşaqlara daha çox çərəzlər, yəni günsə 3 dəfə əsas və ara öyün şəklində şirniyyat ehtiyacını çərəzlərlə ödəyərək verməliyik. Özəlliklə həm yaşlılarda, həm də uşaqlarda daha çox anomiya mərhələsi zamanı onlara çox çay vermək olmaz. Mən hər zaman uşaqlara çay verilməməsini, onun yerinə uşaqlar üçün olan özəl bitki çayları, şüyüd, razyana dəmləmələri verilməsini tövsiyyə edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə