Son zamanlar “YouTube” sosial şəbəkəsində eyni məzmundan istifadə edilərək müxtəlif domenlər üzərindən həyata keçirilən fişinq hücumlarının sayı artmaqdadır. SİA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
“Sözügedən hücumlarda hər bir domen reklam kampaniyası vasitəsilə hədəf auditoriyalara çatdırılır. Keçirilən saxta kampaniya çərçivəsində vətəndaşlardan keçidə daxil olaraq fərdi məlumatlarını (ad, soyad, e-poçt, telefon nömrəsi) daxil etmək tələb olunur. Daha sonra zəng vasitəsilə maliyyə vəsaitinin ələ keçirilməsi üçün bank kartı məlumatları istənilir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər, zənglər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir”, - deyə məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə