Mars və Yer bir-birinə maksimal yaxınlaşacaq

Bu günlərdə Marsı gecə səmasında adi gözlə asanlıqla izləmək mümkündür. Bu barədə SİA-ya Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd edilib ki, hesablamalara əsasən, Mars və Yer arasında maksimal yaxınlaşma 15 yanvar tarixində baş verəcək və bu tarixdən sonra da qırmızı planet uzaqlaşana qədər bir müddət gecə səmasında parlamağa davam edəcək.

Çünki planet Yerə maksimum yaxınlaşıb və Mars gecə səmasında qırmıztıl parlaq “ulduz” kimi görünür.

Planetlər qarşıdırmada Yerə yaxın konfiqurasiyada olsalar da, hər iki planet öz orbitinin perihelisində olduqda Mars Yerə maksimum yaxınlaşa bilir. Növbəti belə yaxınlaşma isə 27 iyun 2033-cü ildə baş verəcək.

Əlavə olaraq isə bu axşam ilin ilk bədrlənmiş Ayını görəcəyik. Ayın diski 99.5% işıqlanmış olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə