“Azercell” tətbiqində abunəçilərə özəl təkliflər

Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa”Azercell” tətbiqindən faydalana biləcəklər

Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell”tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir.Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.

Bu yenilik Müştəri Dəyərinin İdarəedilməsi platformasının “Azercell” tətbiqiilə inteqrasiyası nəticəsində ərsəyə gəlib.Belə ki, abunəçilər özəl təklif və kampaniyalarla “Üstünlüklər” bölümündə tanış ola bilərlər. Burada həm tətbiq istifadəçilərinin, həm də abunəçilərin fərdi ehtiyaclarına uyğun hazırlanmış xüsusi təkliflər əks olunur. Sadələşdirilmiş aktivasiyaisə onlardan yalnız SMS vasitəsilə deyil, həm də platforma üzərindən yararlanmaq imkanı verir.

Xatırladaq ki, “iOS” və “Android” sistemlərini dəstəkləyən müştəri-yönümlü “Azercell” tətbiqini “AppStore” və ya “Google Play”dən yükləmək mümkündür.

Ətraflı məlumat üçün: https://www.azercell.com/az/

Bütün xəbərlər Facebook səhifəmizdə