İdxalına icazə verilməyən külli miqdarda balıqtutan torlar aşkar edilib
Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda Çin Xalq Respublikasından Azərbaycan Respublikası vətəndaşının ünvanına gələn yüklərə gömrük baxışı keçirilib.
SİA-nın məlumatına görə, Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, yoxlama zamanı gömrük bəyannaməsində “futbol topları və termos” kimi qeyd olunan yükün içərisindən gömrük orqanına bəyan edilməyən, mülki dövriyyədən çıxarılan və idxalına icazə verilməyən diametri 0.5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərinin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli 4846 ədəd balıqtutan tor aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə