Çindən Azərbaycana idxalına icazə verilməyən külli miqdarda balıqtutan torlar aşkar edilib
Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda Çindən Azərbaycan vətəndaşının ünvanına gələn yüklərə gömrük baxışı keçirilib. SİA xəbər verir ki, məlumata görə, yoxlama zamanı gömrük bəyannaməsində “futbol topları və termos” kimi qeyd olunan yükün içərisindən, gömrük orqanına bəyan edilməyən, mülki dövriyyədən çıxarılan və idxalına icazə verilməyən diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli 4 846 ədəd balıqtutan tor aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə