Yanvarın ilk günlərində sinoptik vəziyyətlə əlaqədar hava şəraiti mülayim keçib

Yanvarın ilk günlərində sinoptik vəziyyətlə əlaqədar hava şəraiti mülayim keçib

Yanvar ayının ilk günlərində ölkə ərazisində sinoptik vəziyyətlə əlaqədar hava şəraiti mülayim, əsasən yağmursuz keçib. Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edib. SİA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16°, Naxçıvan MR-da 9°, Aran rayonlarında 16°, dağlıq rayonlarda isə 12°-dək isti qeydə alınıb. G.Abbasova qeyd edib ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 6-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi ehtimalı var. Yanvarın 5-də qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında isə yanvarın 5-də şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə