Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb

Sankt-Peterburqun “Pulkovo” aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq edilib. SİA xəbər verir ki, bu barədə “Rosaviasiya”nın mətbuat xidmətindən bildirilib.

“Sərnişin təyyarələrinin uçuşunun təhlükəsizliyini təmin etmək üçün bu gün 07:45-dən (Bakı vaxtı ilə 08:45) Sankt-Peterburqun “Pulkovo” aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Hava limanı müvəqqəti olaraq, təyyarələri qəbul etmir və uçuş həyata keçirmir”, - məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə