31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Xankəndi şəhərindəki Zəfər meydanında təşkil edilən “Qış nağılı” yarmarkasında bayram çoşqusu davam edir. Şəhər yeni ilin gəlişi ilə bağlı bayramsayağı bəzədilib. SİA xəbər verir ki, həyatın yenidən canlandığı Xankəndi şəhərində artıq bayramlar və əlamətdar günlər əsl sahiblərinin iştirakı ilə qeyd edilir. Bu il Xankəndidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar yarmarka və bayram tədbirləri keçirilir. Şaxta baba və Qar qız uşaqların sevincinə sevinc qatıb. Həmçinin gənclər üçün kreativ oyunlar, master-klaslar təşkil edilib.
Bayram münasibətilə bu günlərdə Xankəndi şəhərinə gələn turistlərin sayında xeyli artım müşahidə edilir. Xüsusilə buraya Bakı şəhəri və ətraf rayonlardan daha çox qonaq gəlir. Xankəndi ilə tanışlıq bu gözəl diyara qonaq gələn insanlarda zəngin təəssürat yaradır. Qonaqlar Xankəndi şəhərində “Qış nağılı” yarmarkasını ziyarət etməklə bərabər, şəhərin gəzməli-görməli yerləri ilə də tanış olurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə