Xəzər rayonunda 5000 ədəddən artıq pirotexniki vasitə satan şəxs müəyyən edilib

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir. SİA xəbər verir ki, paytaxtın Xəzər rayonunda polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan M.Abdullayev müəyyən olunaraq saxlanılıb. Ondan müxtəlif təyinatlı 5000 ədəddən artıq pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı toplanmış material üzrə araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə