Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi təşkil edilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşəbbüsü ilə Ağbulaq İstirahət Mərkəzində Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində təhsil alan xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi təşkil edilib. SİA xəbər verir ki, tədbirdə Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov iştirak edib. Bayram süfrəsi ətrafında şagirdlərlə səmimi söhbət edilib, Şaxta baba tərəfindən müxtəlif əyləncəli proqramlar nümayiş olunub.

Sonda 60 şagirdə bayram hədiyyələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə