Dənizkənarı Milli Parkda bayram konserti nəzərdə tutulmayıb

Bakıda Dənizkənarı Milli Parkda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert porqramı nəzərdə tutulmayıb. SİA xəbər verir ki, hər il ənənəvi olaraq təşkil edilən konsert proqramı ilə bağlı bulvarda heç bir hazırlıq işləri görülməyib, səhnə quraşdırılmayıb.

Xatırladaq ki, dekabr 31-i saat 00:00-da Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə