Cəbrayıl şəhərində kulinariya tədbiri keçirilib - FOTOLAR

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində Cəbrayıl şəhərində milli mətbəx nümunələrimizi tərənnüm edən "Ənənələrə Qayıdış" adlı kulinariya tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə peşəkar aşpazlar və 3 rayonu təmsil edən sakinlərdən ibarət komandalar Azərbaycanın milli mətbəxinin şahı sayılan plov bişiriblər.

Tanınmış kulinar, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovun rəhbərliyi altında komandalar Cəbrayıl mətbəxindən “Səbzi plov”, Qubadlı mətbəxindən “Qəlyə plov”, Zəngilan mətbəxindən isə “Maşlı plov” hazırlayıb.

Tədbirin sonunda komandaların hazırladığı mətbəx nümunələri qiymətləndirilmiş və komandalara müxtəlif nominasiyalarda simvolik hədiyyələr təqdim ediliv. Ardınca plovlar Cəbrayılda yaşayan sakinlərə və qonaqlara paylanılıb.

Eyni zamanda, tədbir çərçivəsində Cəbrayıl şəhəri və Cocuq Mərcanlı kəndindən olan uşaqlara Şaxta Baba və Qar qız Yeni il hədiyyələri təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə