Koreya Respublikasının prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Çxve San Mok Muan rayonundakı memorial məbəddə gül dəstələri qoyaraq təyyarə qəzasında həlak olanların xatirəsini yad edib. SİA xəbər verir ki, "Bu faciədə həlak olan 179 nəfərin hər birini xatırlayırıq. Daha təhlükəsiz ölkə yaratmaq üçün əlimizdən gələni edəcəyik", - Ç.Mok xatirə kitabında yazıb.
Memorial məbədi ziyarət etməzdən əvvəl Ç.Mok Seulda iclas keçirib və Nəqliyyat Nazirliyinə ölkənin bütün hava nəqliyyatı sistemində təcili təhlükəsizlik yoxlaması keçirməyi tapşırıb.
Xatırladaq ki, dekabrın 29-da “Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub. Ölənlərin sayı 179 nəfərə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə