Azərbaycanda 7 günlük bayram tətili başladı

Azərbaycanda 7 günlük bayram tətili başlayıb. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, həftəsonuna düşən 28 və 29 dekabr tarixləri iş günü olduğu üçün bu həftə ardıcıl yeddi gün iş olacaq. 30, 31 dekabr, 1, 2, 3 yanvar tarixləri isə istirahət günüdür.

Yanvarın 4 və 5-i həftəsonuna düşür. Beşgünlük rejimdə işləyənlər üçün bayram tətili ayın 6-dək davam edəcək. Altıgünlük rejimdə işləyənlər üçün isə ayın 4-ü iş günüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə