Təyyarə qəzasında həlak olan Şəmkir sakini dəfn edilib

Dekabrın 25-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Şəmkir sakini dəfn olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Aktauda təyyarə qəzasında həlak olan Ramin İbrahimovla vida mərasimi keçirilib.

Mərasimdən sonra R. İbrahimovun nəşi Yuxarı Seyfəli kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində mərhumun ailə üzvləri, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə