Ölkəmizdə qida sənayesinin əsas təminatçılarından olan “Azərsun Holdinq” bu bayramda da həssas qrupdan olan ailələri sevindirib. SİA xəbər verir ki, 30 ildən çoxdur ki, ölkənin sosial-iqtisadi inkişafına böyük töhfə verən və xalqın rifahının yüksəlməsində mühüm rol oynayan şirkətlər qrupu bu il də ənənəsinə sadiq qalaraq, 10 mindən çox ailələrə sovqat hədiyyə edib. Şirkət, milli-mənəvi dəyərlərə və sosial məsuliyyətə olan yüksək həssaslığı ilə cəmiyyətə xidmət etməyə xüsusi diqqət göstərir. Bu addım, aztəminatlı ailələrə həm maddi, həm də psixoloji dəstək verərək, onların bayramı daha sevincli keçirmələrinə imkan yaradır.
Qeyd edək ki, 1991-ci ildən fəaliyyət göstərən Azərsun Holdinq ölkə iqtisadiyyatının inkişafına mühim töhfələr verir. Eyni zamanda ölkədə məşğulluq səviyyəsinin yüksəlməsində də vacib rol oynayır. “Azərsun Holdinq”in istehsal etdiyi qida və digər məhsullar yalnız Azərbaycanda deyil, həm də xarici bazarlarda yüksək qiymətləndirilir.
Şirkətlər Qrupu tərəfinə məxsus brendlər dünyanın 40-dan artıq ölkəsinə “Made in Azerbaijan” yazısını üzərində daşıyaraq ixrac edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə