Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı səbəbindən dekabrın 26-da Azərbaycanda matəm günü elan olunması ilə bağlı ölkəmizin Küveyt Dövlətindəki səfirliyində dövlət bayrağı yarıya qədər endirilib və xatirə kitabı açılıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, səfirlikdən bildirilib ki, Küveyt Dövlətinin hakim ailəsinin üzvləri, Küveytin Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatları, Küveyt ictimaiyyətinin tanınmış simaları, habelə yerli media nümayəndələri Azərbaycan Respublikasının səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə