"Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Müşahidə Şurasının qərarına əsasən, dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20 min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.
SİA-nın məlumatına görə, bu barədə AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib. Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB