Səkilə baxsanız, hər şey olduqca sadə görünür, amma...

Elə isə səsinizi çıxarmayın, yoxsa...

...Təyyarə Qroznı şəhəri yaxınlığında qəzaya uğramayıb. Qeyd edək ki, Qroznıda (sarı dairə) hava limanı var ki, orada məntiqlə qəzalı vəziyyətdə olan təyyarə enməli idi.

Yaxşı, tutaq ki, Qroznı təyyarəni qəbul edə bilmir.

Uçuş zolağı açıq olsa da, hava normaldır, amma fərz edək..?

...Sonra qəza vəziyyətində olan təyyarəni ən yaxın hava limanına göndərmək daha məntiqli deyildimi?

Deyək ki, ən yaxın məsafə kimi Nalçik, Vladiqafqaz və Mahaçqala var idi. Amma nədənsə onu dənizin o tayına - Aktauya, başqa ölkəyə göndərirlər.

Bir daha xatırladaq ki, Mahaçqala Aktau ilə müqayisədə demək olar ki, üç dəfə yaxındır. Həm də təyyarənin yolu üstündədir.

Bəs onda nə üçün, təyyarə Qazaxıstana göndərilir?

Bu qərar niyə verilib?

Məhz burada aydın olmayan nəsə var?

Elə isə səsinizi çıxarmayın, yoxsa...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə