Zərərçəkənlərdən 14 nəfəri azərbaycanlıdır

Aktauda təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərin identifikasiyası üzrə iş aparılır.

SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibb xidmətlərin keyfiyYəti departamentinin rəhbəri Janer Baymanova bildirib.

Onun sözlərinə görə, saat 12.07-dən başlayaraq aviaqəza nəticəsində xəsarət alan şəxslərin xəstəxanaya gətirilməsinə başlanıb. Xəstəxanaya gətirilənlərdən 11 nəfəri ağır vəziyyətidir. "16 nəfər müxtəlif şöbələrə yerləşdirilib. Onlar neyrocərrahiyə, cərrahiyə və travmatologiya şöbələrindədir",-deyə o, bildirib.

Baymanovanın sözlərinə görə, zərərçəkənlərlə psixoloqlar da işləyir: "Zərərçəkənlərdən 14 nəfəri azərbaycanlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə