Qazaxıstanlı nazir müavini təyyarə qəzasında yaralananları ziyarət edib
Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevin rəhbərliyi ilə hökumət komissiyası Manqistau vilayət çoxprofilli xəstəxanasına gələrək Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin yaralanmış sərnişinlərinə baş çəkib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Kanat Bozumbayev məsul şəxslərə keyfiyyətli müalicə və lazımi qulluğun təmin edilməsini tapşırıb və ölkənin aparıcı elmi-tibbi mərkəzlərindən yüksəkixtisaslı mütəxəssislərdən ibarət komandanın Aktauya göndərildiyini bildirib.
Komandaya reanimatoloqlar, travmatoloqlar, cərrahlar, kombustioloqlar və digər mütəxəssislər daxildir.
Daha sonra Kanat Bozumbayev Azərbaycandan gələn nümayəndə heyəti ilə görüş keçirib. Baş nazirin müavini fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə danışıqlar aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə