Gündəlik həyatımızda küçədə gəzərkən və ya sosial şəbəkələrdə zaman keçirərkən dəbin cəmiyyət üzərindəki təsirini hiss etməmək mümkün deyil. Dəb sadəcə geyim seçimi deyil, eyni zamanda şəxsiyyətin və mədəniyyətin ifadəsidir. Bəs qarşıdan gələn ildə dəb seçimi necə olacaq?
Bununla bağlı moldelyer, dizayner Günay Mirzə SİA-ya açıqlamasında deyib: “Bu sezonda bəylərdə və xanımlarda da forma olaraq geniş geyimlər, geniş paçalar və qollar,ümumiyyətlə rahat paltarlar geyimlər dəbdə olacaq. Rənglərdən qarşıdan gələn il “İlan ili" olduğuna görə yaşıl rəng və yaşılın müxtəlif tonları, qırmızı, bardovu, sumaxı, gümüşü, qəhvəyi tonlar dəbdə olacaq.Yenə də "İlan ili" olduğuna görə parıltılı parçalar, özündən parıltılı biserlər və ayna effekti olan parçalar ilin trendi olacaq.
İnsanlar inanmıram ki, qış sezonunda yay geyimini geyinməklərdə məqsədi seçim etməkdə çətinlik olsun. Fikrimcə, sadəcə olaraq moda nümayişlərinə yaxud da müxtəlif müğənnilərin səhnə geyimlərinə fikir verirlər. Məsələn onlar səhnəyə çıxanda çox yüngül geyim və ayaqlarına isə çəkmə geyinirlər. Bunu insanlar dəb kimi başa düşür, yəqin ki düzgün anlamırlar ki o sadəcə olaraq səhnədə həmin geyimi geyinir və küçədə geyiniləcək paltar deyil. O anda onların gözlərinə stil olaraq gözəl görünür və bunu həyata keçirməyə çalışırlar. Sırf mənim baxışıma görə səhnə geyimini müxtəlif tədbirlərdə və s. normal qarşılamaq olar, amma gündəlik ofis, küçə tərzi geyimlərində bu əlbəttə düzgün deyil”.
Xeyrənsə Piriyeva
Bütün xəbərlər Facebook səhifəmizdə