"Azərbaycanda dinlərarası birlik dünya ölkələri üçün nümunədir"

Azərbaycanda olan multikultural dəyərlər və məzhəblər arasında birlik, həmrəylik müsbət göstərici olmaqla bütün dünya dövlətlərinə nümunədir.

SİA xəbər verir ki, bu sözləri bu gün Heydər məscidində dini ocağın imamı Rüfət Qarayev deyib. O qeyd edib ki, bu şərait ölkə başçısının din nümayəndələrinə göstərdiyi xüsusi diqqət və qayğısının təzahürüdür.

"Doğrudan da, heç kəs başqasını vəhdətə, din və məzhəb birliyinə məcbur edə bilməz. Ölkəmizdəki birlik də belədir. Bunlar dövlətimizin başçısının sağlam din siyasətinin təzahürüdür. Qeyd etmək lazımdır ki, artıq 10 ildir fəaliyyət göstərən Heydər məscidində hər cümə günü, hər bayram vaxtı vəhdət namazları qılınır. Özü də bu təkcə bir məscidə deyil, ölkəmizin dörd bir yanındakı bütün məscidlərə məxsus xüsusiyyətdir", - deyə imam bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə