Agentliyinin mütəxəssisləri bu ilin ötən dövründə 271 repatriantla sosial reabilitasiya işi aparıb. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilib. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, həmin plan üzrə sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilib.
Agentlik tərəfindən hazırda 47 repatriantla sosial iş çərçivəsində reabilitasiya xidmətləri davam etdirilir.
Ümumilikdə isə 2018-ci ildən bu günədək Agentlik 500-dən çox repatriantı sosial reabilitasiya xidmətləri ilə təmin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə