GDU-da “Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib - FOTOLAR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Gəncə Dövlət Universitetinin (GDU) birgə təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsinin müdiri vəzifəsini icra edən Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Qazılar Şurasının üzvü Tahir Abbasov, Gəncə şəhər Aleksandr Nevski Rus Pravoslav kilsəsinin baş keşişi Denis Sotnikov, GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və tələbələr iştirak ediblər.
Çıxışlarda müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı, onun siyasi uzaqgörənliyi, qətiyyəti sayəsində ölkənin dağılmaq və məhv olmaq təhlükəsindən xilas olduğu vurğulanıb. Xalqımız qarşısındakı tarixi xidmətləri ilə hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazanan Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasındakı xidmətləri diqqətə çatdırılıb.
Sonda “Heydər Əliyev – dəyərlərimizin xilaskarı” adlı sənədli film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə