Suraxanıda qanunsuz tikililər sökülüb

Suraxanıda qanunsuz tikililər sökülüb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti rayonun Binə qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edərək müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə qanunsuz inşa olunan tikililəri söküb.

Bütün xəbərlər Facebook səhifəmizdə