Novxanıdakı partlayışda yaralananlar mərhum şahmatçı Vüqar Həşimovun ata və anası olub - TƏFƏRRÜATLAR
Sumqayıt şəhəri Novxanı bağlar massivində qaz sızması nəticəsində ikimərtəbəli fərdi yaşayış binasında partlayış baş verib. SİA xəbər verir ki, partlayış nəticəsində iki nəfər ağır yaralanıb. İki nəfər yaralı dağıntılar altından xilas edilib.
Qeyd edək ki, Novxanıdakı partlayışda yaralananlar ər və arvad olan mərhum şahmatçı Vüqar Həşimovun ata və anası olub.
Əlavə məlumat veriləcək.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə