“QHT-lər ekoloji sabitliyə öz töhfəsini verməlidir” - Akif Kərimov
“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri tibb və iqtisad elmləri namizədi Akif Kərimov redaksiyamıza ölkəmizdə bu ilin noyabrında keçirilmiş COP29 qlobal tədbirinin əhəmiyyətindən danışıb. QHT sədri qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin dünyada nüfuzu sayəsində baş tutan bu beynəlxalq əhəmiyyətli tədbir dünya dövlətlərini həmrəy olmağa, qlobal təhlükəsizliyi birgə təmin etməyə, planetimizin gələcəyi haqqında düşünməyə sövq edir.
A.Kərimov qeyd edib ki, dünya bizim hamımızın evidir, biz bu evi qorumalıyıq, bizim başqa yolumuz yoxdur. O, vurğulayıb ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin COP29-da səsləndirdiyi çağırışlar qlobal miqyasda əks-səda verib. Dünyanın mütərəqqi cəmiyyətləri bu çağırışlara qoşulmağa hazırdır.
QHT sədri Azərbaycanın QHT-lərini ekoloji layihələrdə fəal iştirak etməyə, ekoloji sabitliyə töhfələrini verməyə səsləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB