“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi hansı layihələri icra edib?
“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri tibb və iqtisad eilmləri namizədi Akif Kərimov təşkilatın icra etdiyi layihələrdən bəhs edib. O, qeyd edib ki, 1993-cü ildən fəaliyyət təşkilat bu vaxta qədər bir sıra layihələr reallaşdırıb.
Onun sözlərinə görə hələ 2008-ci ildə təşkilat “Azərbaycanın təbiət abidələrinin, obyektlərinin tanıdılması və mühafizə edilməsi məqsədilə Azərbaycan, ingilis və rus dillərində kataloqun, internet saytının yaradılması, qısametrajlı filmin çəkilməsi” layihəsini uğurla icra edib. Bundan sonra isə təşkilat “Azərbaycançılıq – milli ideologiyamız”, eləcə də Azərbaycanın Milli Qəhrəmanlarının həyat yoluna həsr olunmuş müxtəlif layihələr həyata keçirib. Bu layihələr çərçivəsində “Yüksəlişin sirri”, “Bir qəsəbənin üç milli qəhrəmanı” adlı filmlər ərsəyə gətirilib. Təşkilat ümumən Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yarandığı gündən əsaslı təbliğat işləri aparıb, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına öz töhfəsini verib.
Akif Kərimovun sözlərinə görə “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi bir sıra mühüm ekoloji problemlərin həlli istiqamətində də layihələr icra edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB