"Biz uzun illərdən sonra möcüzəni gerçəkləşdirmişdik..."

“Dörd il əvvəl bu gün mən Şuşada idim. O hissləri sözlə ifadə etmək və unutmaq mümkün deyil. Düşmən ağ bayraq qaldıraraq məğlub olduğunu etiraf etmişdi. Biz uzun illərdən sonra möcüzəni gerçəkləşdirmişdik. Qalibiyyət hissi inanılmaz bir duyğudur. Ağır döyüşlər gedirdi. Düşmənin kapitulyasiya aktına imza atdığı xəbərini eşidəndə və Zəfərimiz elan olunanda bir-birimizi qucaqlayaraq təbrik etdik”.

SİA xəbər verir ki, bunu müsahibəsində Vətən müharibəsi qazisi Ramin Şirinov deyib.

"Bütün xalqımızı təbrik edirəm. Çox şükür ki, biz uzun illərdən sonra bütün bayramları bütöv olaraq qeyd edirik. Ölkə rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm ki, Zəfərimizin, onun naminə canından keçənlərin xatirəsinin unudulmaması üçün bu cür abidə, məkanlar yaradılmasına tapşırıq verir. İnanıram ki, bundan sonrakı bayramları Zəngəzurda, Qafanda, Vedidə də keçirəcəyik", - deyə R.Şirinov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə