Faktiki hava: Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

SİA-nın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, noyabrın 5-i saat 18:00-a olan məlumata əsasən, narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Şəkidə saniyədə 28, Zaqatalada 30, Goranboyda 27, Naftalanda 26, Ağdamda 22, sarı xəbərdarlığa uyğun olaraq isə Gəncə, Neftçalada 20, Gədəbəy, Yevlax, Bərdədə 16 metr təşkil edir.

Hazırda Bakıda və Abşeron yarımadasında, Qusarda arabir yağış, Şahdağ, Altıağacda isə qar yağır.

Bütün xəbərlər Facebook səhifəmizdə