DİN əməkdaşları Zəfər Günü ilə əlaqədar növbəti ağacəkmə kampaniyası keçiriblər - FOTOLAR
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə davamlı olaraq ağacların əkilməsi və onlara qulluq göstərilməsi işi davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Zəfər Günü ilə bağlı növbəti ağacəkmə aksiyası keçiriblər.
Seçilmiş ərazilərdə bölgənin iqlim şəraitinə uyğun Eldar şamları və zeytun ağacları əkilib. Ağaclara aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə