“Müraciətin 3 iş günü ərzində rəsmiləşdirilməsi nəzərdə tutulub”

“COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar ölkəmizə səfər edəcək çoxsaylı rəsmi şəxslər, nümayəndə heyətləri və digər qonaqların rahatlığının təmin edilməsi üçün xüsusi giriş vizalarının rəsmiləşdirilməsi davam edir”. SİA xəbər verir ki, bu sözləri VXSİDA-nın “ASAN Viza” departamentinin müdiri İsmayıl Rəsulzadə deyib.

O bildirib ki, “COP29 Xüsusi Viza”sı Azərbaycana xarici ölkələrdən səfər edən COP29 iştirakçıları üçün nəzərdə tutulub. Sözügedən vizanı həm rəsmi elektron viza portalı, həm də Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək mümkündür. www.evisa.gov.az/cop29 domeni altında rəsmi elektron viza portalı üzərindən onlayn tamamlanmış viza müraciətinin təqdim edildikdən sonra 3 iş günü ərzində rəsmiləşdirilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, dünyanın 200-ə yaxın ölkəsindən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq portalın ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyəti təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə