İqlim dəyişikliyinin qida təhlükəsizliyinə təsirini azaltmaq məqsədilə davamlı həllər vacibdir - AQTİ
İqlim dəyişikliyinin qida təhlükəsizliyinə təsirini azaltmaq məqsədilə davamlı həllər, agro-ekoloji yanaşmalarının tətbiqi və iqlimə davamlı bitki növlərinin yetişdirilməsi vacibdir. Bu yanaşmalar, biomüxtəlifliyin qorunmasını təmin etməklə yanaşı, torpağın məhsuldarlığını qorumaq və qida istehsalını artırmaq üçün xüsusi əhəmiyyət kəsb edir. SİA xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi Araşdırmalar Mərkəzinin nümayəndəsi Aysel Səlimova “Dayanıqlı kənd təsərrüfatı və qida təhlükəsizliyinin qorunmasında innovativ həllər” mövzusunda panel iclasında deyib.
Onun sözlərinə görə, effektiv su texnologiyalarının inkişafı da, dəyişən iqlim şəraitində qida istehsalının dayanaqlılığını təmin edir. A.Səlimova, həmçinin pestisidlərin insan orqanizminə zərəri barədə danışıb:
“Pestisidlər xüsusən meyvə və tərəvəzlərin üzərinə püskürdüldükdə torpaq və qrunt sularına keçə bilər ki, bu da içməli suyun çirklənməsinə səbəb olur. Sprey pestisidlər havada uzun müddət qalır və onu çirkləndirir. Bütün bunlar iqlim dəyişikliklərinin yaratdığı problemlərdən bir neçəsidir”, - deyə A.Səlimova bildirib.
Panel iclasda çıxış edən Səhiyyə Nazirliyinin təmsilçisi Zümrüd Kazımova iqlim dəyişiklikləri nəticəsində uşaq və gənclərin həyatının itirməsinə diqqət çəkib: “Dünya əhalisinin 26 faizi 15 yaşdan kiçikdir, onların böyümək və inkişaf etmək üçün sağlam mühitə ehtiyacı var. 2016-cı ildə təxminən 1,6 milyon 5 yaşa qədər uşaq ölümü ətraf mühitlə bağlı olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB