Yenilənmiş "its.gov.az" saytının təqdimatı keçirilir - YENİLƏNİR
Yenilənmiş "its.gov.az" saytının təqdimatı keçirilir. SİA xəbər verir ki, tədbir vətən uğrunda canlarından keçən şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən İTSDA-nın İdarə Heyətinin sədri Zaur Əliyev qısa zaman ərzində agentliyin keçdiyi inkişaf yolu və yaradılmış saytın əhəmiyyətindən bəhs edib.
O bildirib ki, sayt icbari tibbi sığorta sistemini tənzimləyən qaydalardan tutmuş vacib resurslara qədər bütün məlumatları özündə cəmləyir: “Bu da vətəndaşlarımızın məlumatlara rahatlıqla və çevik şəkildə çıxış əldə etmələrini təmin edir. Həmçinin biz çalışacağıq ki, yenilənmiş sayt beynəlxalq qurumların, xarici ölkələrin istinad edə biləcəyi səviyyədə olsun, daim inkişaf etsin”.
Qeyd edək ki, tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov da iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB